Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2022

Sionist rejimin canına birə düşdü: Hizbullahın 100 min raketi var

Sionist rejiminə aid qəzet yazıb ki, İsrail təhlükəsizlik qurumlarının məlumatına görə, Hizbullahın 100 min raketi var.

"Maariv" qəzeti bu gün (bazar günü) iddia edib ki, sionist rejimin təhlükəsizlik qurumları Hizbullahın müxtəlif tipli 100 min raketə malik olduğunu təxmin ediblər.

Qəzet əlavə edib: "2006-cı ildə Livana qarşı ikinci müharibədən sonra Hizbullahın raket arsenalındakı raketlərin sayı kəskin şəkildə artıb və İsrail rejiminin daxili cəbhəsi üçün təhlükə daha da ciddiləşib."

Qəzet "Missile Threat" saytına istinad edərək iddia edib ki, Hizbullahın "Fəcr" raketləri də var. "Fəcr 3" raketi 43 km uçuş məsafəsinə malikdir və döyüş başlığının çəkisi 45 kq-a çatır. "Hizbullah"ın daha təkmil "Fəcr 5" raketi 75 km mənzilli və 90 kq ağırlığında döyüş başlığı da var. Habelə, "Raid 2" və "Raid 3" raketləri Rusiyanın "FROG-7" raketinin İran versiyaları da Hizbullahın arsenalındadır. Bu raketlər sionist rejiminin dərinliklərini hədəfə almağa qadirdir.

Həmçinin, Hizbullahın raket arsenalında "Zilzal 2"-nin fərqli bir versiyası kimi görünən qısa mənzilli ballistik raket olan "Fəth 110" raketi də var. Bu raket 250-300 km uçuş məsafəsinə və 500 kq ağırlığında döyüş başlığına malikdir.

Sionist rejiminə aid qəzet Hizbullahın ixtiyarında olan digər raketlər haqda da məlumat dərc edib.

Sionist mediası dəfələrlə Hizbullahın müxtəlif raketlərlə təchiz olunması ilə bağlı xəbərlər dərc edib.

Bundan əvvəl "Walla" saytı da Hizbullah raketlərinin inkişafı ilə bağlı hesabatında yazmışdı ki, sionist rejim ordusunun hesablamalarına görə, Hizbullahın 150 min raketi var və mümkün qarşıdurma halında, işğal olunmuş Fələstin ərazilərinə hər gün təxminən 1000-3000 raket atılacaq.

Keçən il sionist rejimin daxili cəbhəsinin komandanı Averi Qordin mediaya verdiyi müsahibədə xəbərdarlıq etmişdi ki, əgər bir gün İsrail Livanda Hizbullahla toqquşsa, (sionist rejimin) gündə 2000 raketlə hədəfə alınacağı gözlənilir.
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP