Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2022

Rusiya Finlandiyanı hədələdi

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı NATO-ya üzvlüklə bağlı yenidən təhdid edib. Rusiya Federasiyası ölkəni təşkilata üzv qəbul olunmasına cavab olaraq "sürpriz" gözlədiyini bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. O, Finlandiyanın qərarına cavabın hərbi olacağını vurğulayıb.

"Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimizdən asılıdır. Təbii ki, bütün amilləri və Finlandiyanın NATO-ya üzvlüyünün necə inkişaf edəcəyini nəzərə alaraq müvafiq qərar veriləcək. Bütün bunlara əsaslanaraq parametrlər üzrə qərar veriləcək, lakin ilk növbədə, bu, hərbçilərə aiddir”, - Zaxarova bildirib.

Xatırladaq ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib .
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP