Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2022

Beni Gantz: İsrailin bəzi hissələrini itirə bilərik

İşğal olunmuş ərazilərdə nəşr olunan "İsrail Hayom" qəzeti bazar ertəsi (dünən) xəbərində yazıb ki, gizli görüşdə sionist rejiminin müharibə naziri Beni Gantz Əl-Cəlil (şimalda) və Negev (işğal olunmuş Fələstinin cənubu) ərazilərinin itirilə biləcəyindən ciddi narahatlığını bildirib.
Bu məlumata görə, Beni Gantz ötən həftə knessetdə rəhbərlik etdiyi Kahol Lafan partiyasının fraksiyasının üzvləri ilə görüşündə deyib ki, sionist rejimi Əl-Cəlil və Negevdə sərmayə qoymasa, sonda BMT-nin işğal olunmuş Fələstinin ikili dövləti ilə bağlı qətnaməsini qəbul etmək məcburiyyətində qalacaq və bu iki bölgəni itirəcək.

O, açıq şəkildə vurğulayıb ki, fələstininlilərin bəzi bölgələrə öz nəzarətini bərpa edəcəkləri gözlənilir, "yəhudi dövləti" isə qarşıdakı illərdə kiçiləcək və ola bilər ki, İsrail coğrafi cəhətdən Hayfanın cənubundakı Əl-Xudeyra şəhəri ilə Təl-Əvivdən 25 kilometr cənubda yerləşən Ğədira şəhəri arasındakı ərazi ilə məhdudlaşsın.

"İsrail Hayom" qeyd edib ki, Əl-Cəlil və Negev əhalisinin fələstinlilərin lehinə üstünlük təşkil etməsi və onlar arasında millətçi əhval-ruhiyyənin artması Beni Gantzın iki bölgəyə nəzarəti itirməkdən narahat olmasının digər səbəblərindəndir.

İşğalçı rejimin müharibə naziri partiya həmkarlarına 1948-ci il fələstinlilərinin nəzarəti ələ keçirməyə çalışdığına dair mesajlar aldığını da bildirib. O, bu haqda deyib: "WhatsApp-da anonim insanlardan bir mesaj aldım ki, yazıblar: Sizin Allah qarşısında fürsətiniz yoxdur, hökumətinizi yavaş-yavaş məhv edirik."
Sionist başçılarının bu rejimin tənəzzülü və məhvi ilə bağlı qorxusu yeni olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bununla bağlı sionist rejimin keçmiş baş naziri Ehud Barak mayın 6-da "Yedioth Ahronoth" qəzetinə verdiyi müsahibədə tarixə istinad edərək Təl-Əviv rejiminin də qabaqkı sionist hökumətləri kimi səkkizinci onillikdə məhv olacağından narahat olduğunu deyib.

İndiyədək sionist siyasi, təhlükəsizlik, hərbi və elm xadimləri və media adamlarından bir çoxu "İsrailin süqutunun" mümkünlüyündən danışıblar. İbranicə "Haaretz" qəzetinin yəhudi analitiki Ari Şavit belə təhlilçilərdən biridir. O, "İsrail son nəfəslərini çəkir" başlıqlı təhlilində yazmışdı: "Artıq ölkədə yaşamağın yeri yoxdur və San-Fransiskoya və ya Berlinə getməliyik. Ola bilsin ki, geri dönüşü olmayan nöqtəni keçmişik və artıq işğala son qoymaq, qəsəbə tikintilərini dayandırmaq, sülhə nail olmaq, sionizmi islah etmək, demokratiyanı xilas etmək və ölkəni parçalamaq mümkün olmayacaq."

Sionist rejimi ordusunun ehtiyatda olan qüvvələrinin generalı və ərəb-sionist münaqişəsi üzrə ekspert Şaul Ariel də Haaretz qəzetində yazıb: "Sionist rejimi öz təməllərini bir sıra strategiyalar üzərində qurmuşdur ki, bu, işğal altındakı Fələstin ərazisində "sionizm ideyasının" həyata keçməsini məğlubiyyətə aparır və sionist rejimi bütün bu arzuların puç olması yolundadır.

Uşaq qatili olan rejimin sabiq baş naziri Benyamin Netanyahu da bu rejimin tənəzzülündən narahatlığını bildirənlər sırasındadır. O, 2017-ci il oktyabrın 9-da yəhudilərin "Sukkot" şənliyində dedi: "İsrailin yaranmasının 100-cü ildönümünü görməsi üçün əlimdən gələni edəcəyəm, amma bu dəqiq deyil. Tarix bizə öyrədib ki, yəhudi xalqının hakimiyyəti səksən ildən artıq davam etməmişdir və o da Həşəmunilər dövrünə aiddir."
1171 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP