Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2022

Peyğəmbərin Məkkə üzrə valisi - 21 yaşlı Əttab

Peyğəmbər (s) bacarıqlı gənclərə böyük vəzifələr tapşırır, hətta onları böyük şəhərlərə vali seçir, böyük döyüşlərə sərkərdə təyin edirdi.

Əttab ibn Üsəyd

Məkkənin fəthindən sonra çox keçmədi ki, Hüneyn müharibəsi başladı. Allahın Rəsulu (s) döyüşçüləri Məkkədən çıxararaq cəbhəyə yollamaq məcburiyyətində qaldı. Məkkənin idarəçiliyi müşriklərin əlindən təzə azad edildiyi üçün bu əhəmmiyyətli şəhərə layiqli və tədbirli vali təyin edilməli idi.

Digər tərəfdən də Məkkə şəhəri Ərəbistan yarımadasının mərkəzində yerləşdiyinə görə bütün qəbilələrin və müxtəlif təbəqələrin diqqət mərkəzində idi. Üstəlik, bu qarışıqlıqdan İslamın düşmənləri istifadə edib baş qaldıra bilərdilər.

İslam Peyğəmbəri (s) səhabələri arasından 21 yaşlı Əttab bin Üsəyd adlı gənci Məkkəyə vali təyin etdi və bu haqda yazılı fərman verdi.

Tarix kitablarında bu barədə oxuyuruq:

"Peyğəmbər (s), Əttab bin Üsəyd adlı 21 yaşlı gənci Məkkəyə vali təyin etdi. Ona göstəriş verdi ki, adamlarla birlikdə camaat namazı qılsın. (Əttab) Məkkənin fəthindən sonra orada camaat namazı qılan ilk vali idi." ("Əs-Sirətul-Hələbiyyə", c. 3, səh.106)

Peyğəmbər (s) Məkkə şəhərinin valiliyinə görə yazdığı fərmanın əhəmiyyəti və məsuliyyəti barəsində Əttaba belə buyurdu:

"Ey, Əttab! Bilirsən səni kimlərə vali təyin etmişəm? Səni Allahın şəhəri sayılan Məkkənin camaatına vali seçmişəm. Əgər onlar üçün səndən yaxşısını tapsam, onu seçərdim." ("Usdul-ğabə", c. 3, səh. 549)

Şübhəsiz, 21 yaşlı gəncin Məkkəyə vali təyin edilməsi, Məkkənin böyüklərini dilxor etmişdi. Peyğəmbər (s) onların etirazının qarşısını almaq üçün Məkkə camaatına geniş bir məktub yazır. Məktubun sonunda belə yazılmışdı:

"Kimsə ona (Əttaba) itaətsizlik edərək yaşının azlığını bəhanə etməsin. Yaşca ən böyük, ən ləyaqətli deyil, bəlkə işini layiqincə yerinə yetirən ən böyük və ən ləyaqətli hesab edilir." ("Biharul-ənvar", c. 21, səh. 123, hədis 20)

Əttab bin Üsəyd İslam Peyğəmbərinin (s) ömrünün sonuna qədər Məkkənin valisi oldu. Məmur olduğu uzunmüddətli dövürdə bu böyük məsuliyyətli işin öhdəsindən yaxşı gəldi.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP