Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2022

Ərəbistan Bəqi qəbiristanlığı ilə bağlı bir sıra qadağaları ləğv edib

Səudiyyə Ərəbistanı Bəqi qəbiristanlığının ziyarəti ilə bağlı müraciətlərin artmasını nəzərə alaraq bəzi məhdudiyyətləri azaltmağa məcbur olub. Beləliklə, zəvvarların bu müqəddəs yerə daxil olma vaxtının artırılması ilə yanaşı, təhlükəsizlik qüvvələri onların Bəqidə bəzi zikrlər oxumasına da mane olmurlar. Qadınların əraziyə daxil olması və qapı arxasında toplaşması isə hələ də qadağalar sırasındadır.
Bəqi dörd şiə imamının və Əhli-beyt (ə) ailəsinin, habelə Peyğəmbərin (s) səhabələrinin və ilk İslam şəhidlərinin dəfn olunduğu yerdir. Bu qədim qəbiristanlıq vəhabilər tərəfindən iki dəfə dağıdılıb.
Son günlər Bəqidə dəfn olunmuş həzrət Ümmül-Bənin (ə) məqbərəsinin şəkilləri yayılıb. Bəziləri bunu Kərbəla şəhidi həzrət Əbəlfəzin (ə) anasının məqbərəsi ətrafında (ziyarətə maneə kimi hörülmüş) hasarların sökülməsi kimi qiymətləndirirlər.
Bu addımın İraqın Ərəbistana müraciəti və son vaxtlar İran və Ərəbistan arasında baş tutan danışıqların nəticəsi olaraq həyata keçirildiyi bildirilir.
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP