Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2022

Qədr gecəsi sədəqə, təsbih və namazının bəzi savabları

Seyyid ibn Tavus "İqbal" kitabında "Kənzul-yəvaqit" kitabından nəql etdiyi rəvayətdə deyilir ki, Rəsuli-əkrəm (s) buyurdu: "Həzrət Musa (ə) Allah dərgahına üz tutaraq dedi: İlahi! Mən Sənə yaxın olmaq istəyirəm.

Allah Təala buyurdu: Mənə o kəslər yaxın ola bilər ki, Qədr gecəsi oyaq qalaraq ibadət ediblər.

Həzrət Musa (ə) dedi: İlahi! Mən Sənin rəhmətini istəyirəm.

Allah Təala buyurdu: Mənim rəhmətim o kəs üçündür ki, Qədr gecəsi çarəsiz və köməksiz qalmış insanlara kömək etsin.

Dedi: İlahi! Mən sirat körpüsündən keçmək istəyirəm.

Buyurdu: - Siratdan keçmək o kəs üçündür ki, Qədr gecəsi sədəqə versin.

Dedi: İlahi! Cənnət ağaclarını istəyirəm.

Buyurdu: Cənnət ağacları o kəs üçündür ki, Qədr gecəsi təsbih desin.

Dedi: İlahi! Sənin razılığını istəyirəm.

Buyurdu: Mənim razılığım o kəs üçündür ki, Qədr gecəsi iki rəkət namaz qılsın."


Qədr gecəsi namaz qılmağın fəziləti

Həmin kitabda Rəsuli-əkrəmdən (s) nəql olunur ki, həzrət buyurdu: "Qədr gecəsi göylərin qapısı açılır. Hər bəndə bu gecə namaz qılsa, Mütəal Allah etdiyi hər səcdəyə görə, cənnətdə onun üçün bir ağac əkər. Elə bir ağac ki, əgər miniklə yüz il onun kölgəsi altında hərəkət etsə, onun axırına çata bilməz. Qıldığı hər rəkət namaza görə cənnətdə dürr, yaqut, zümrüd və mirvaridən ona mənzil bağışlayar. Oxuduğu hər ayəyə görə bir cənnət tacı, dediyi hər təsbihə görə bir cənnət quşu, hər dəfə oturmasına görə bir cənnət dərəcəsi, oxuduğu hər təşəhhüdə görə bir cənnət otağı, oxuduğu hər salama görə bir cənnət libası ona verər.

Sübh olduqda Allah ona gözəl əxlaqlı kənizlər, itaətkar qulamlar, ətirli güllər, axar çaylar, hədsiz nemətlər, hədiyyələr, xələtlər, kəramətlər, nəfsin xoşladığı və gözlər onu gördükdə ləzzət alan şeylər bağlışlayar. Bu kəslər cənnətdə və onun hədsiz nemətlərində əbədi qalarlar."
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP