Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2022

İordaniyada parlament üzvləri sionist rejimi səfirinin qovulmasını tələb edib

İordaniya parlamenti sionist rejiminin Qüdsdəki hücumlarına etiraz olaraq bazar ertəsi iclasında bu rejimin səfirinin Ammandan çıxarılmasını istəyib.

İordaniyanın "Məmləkət" telekanalının bildirdiyinə görə, 87 deputatın imzaladığı etiraz məktubunda İsrailin İordaniyadakı səfirinin ölkədən çıxarılması tələb olunur.

Fələstin Parlament Komissiyası də Məscidül-Əqsanı qorumaq və Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün ərəb və beynəlxalq səviyyədə parlament səylərinə başlamağa çağırıb və bu səylərin paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmasını istəyib.

Fələstin dövlətinin yaradılmasının bölgədə davamlı sülhün yeganə yolunun olduğunu vurğulayan komissiya Qüdsü yəhudiləşdirmək və onun özəlliklərini dəyişdirmək, tarixi və dini irsini təhrif etmək planının qarşısını almaq üçün İordaniya Kralı Abdullahın yanında olduğunu qeyd edib.
Komissiyanın fikrincə, Məscidül-Əqsada baş verənlər öz məqsədlərinə nail olmaq, qəsdən gərginliyi artırmaq və Məscidül-Əqsanın müqəddəslərinə və onun İslam ümmətinin vicdanındakı yerinə açıq şəkildə hücum etmək üçün sionist ekstremizmdir.

İordaniyanın xarici işlər naziri Əyman əs-Səfədi bazar ertəsi bildirib ki, İordaniya sionist rejiminin İslama və xristianlığa aid müqəddəs yerlərinin hüquqi və tarixi statusunu dəyişdirmək məqsədilə həyata keçirdiyi qeyri-qanuni hərəkətlərinə qarşı durmaq üçün səylərini davam etdirir.
Nazir sionist rejimi səfirini çağırdıqlarını, lakin onun ölkədə olmadığını və tezliklə səfiri çağırıb işğal olunmuş ərazilərdə baş verənlərə etiraz mesajı verəcəklərini vurğulayıb.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP