Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2022

Le Pen vətəndaş müharibəsinə səbəb olacaq - Darmanen

Ultrasağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Penin Fransa prezidentliyinə seçilməsi ölkədə ixtilaflara, daha sonra isə vətəndaş müharibəsinə səbəb olacaq.

Bunu Fransa daxili işlər naziri Jerald Darmanen deyib.

“Le Pen ölkə üçün ən təhlükəli şəxsdir, çünki o, çox böyük ehtimalla seçkilərin ikinci turuna gedəcək”, - nazir bildirib.

Darmanen öz fikrini əsaslandıraraq qeyd edib ki, sıfır miqrasiya siyasətini həyata keçirmək texniki cəhətdən mümkün deyil və miqrant axınının faktiki dayandırılması Fransanın gələcəyi üçün arzuolunmazdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Namizədlərin arasında Milli Birlik Partiyasının sədri Marin Le Pen də var.
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP