Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2022

Kadırovun inquşlara verdiyi vaxt bitdi - İlk açıqlama

Bu gün saat 17.30-da üç gün keçdi, heç kim qan davası elan etmədi, heç kim ailəmin nümayəndələrinə, Çeçenistan müftisinə müraciət etmədi və buna görə uca Allaha şükür edirəm.

Bunu Çeçenistan Prezidenti Ramzan Kadırov deyib.

Kadırov inquşların ona qarşı ittiham irəli sürməməsini çeçenlərlə qardaş olduqlarının göstəricisi kimi dəyərləndirib:

"Bu, bizim qardaş olduğumuzu göstərir. Mən bütün dünyaya, xüsusən də Rusiya vətəndaşlarına bildirmək istəyirəm ki, bizim, xüsusən də şəxsən mənim, Ramzan Kadırovun İnquşetiya ilə bağlı heç bir problemimiz yoxdur".

Qeyd edək ki, üç gün öncə Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq şəkildə təhdid etmiş və ona qarşı ittiham irəli sürülməsi üçün vaxt vermişdi.
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP