Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2022

Sionist ekspert: Hizbullah NATO-nun bəzi ölkələrindən daha güclüdür

Qəzzə zolağının işğalı məsələsi sionist rejimində ixtilaflara səbəb olub. Çünki əksər hərbi ekspertlər hesab edir ki, İsrail ordusu HƏMAS və digər Fələstin qrupları ilə müharibəni quru əməliyyatlar vasitəsilə öz xeyrinə bitirməyə hələ hazır deyil.

“Rəy əl-Yəvm” qəzetinin yazdığına görə, sionist ekspertin fikrincə, quru əməliyyatlar sionist rejimi hərbçilərindən çoxunun ölməsi və yaralanmasına səbəb olacaq və bu məsələ Livan Hizbullahı ilə mümkün müharibədə də belə olacaq. Hər halda sionist rejimi məğlub olacaq.
Sionist rejiminin Milli Təhlükəsizlik Araşdırma Mərkəzi bu mövzu ilə əlaqədar Ron Tiranın araşdırmasını dərc edib. Bu araşdırmada R. Tira açıq şəkildə sionist rejimin hər hansı quru hərbi əməliyyata başlamasına qarşı çıxdığını bildirir.

Sionist ekspert yazıb: “Hərbi əməliyyata başlamaq qərarı uzunmüddətli məqsədə nail olmaq üçün verilməlidir ki, öz növbəsində müharibənin strateji məqsədlərinə çatmaqda rol oynaya bilsin. Sionist rejimin Livanda Hizbullaha qarşı “müharibələr arasında müharibə” strategiyası iflasa uğradı və bu hərəkatın hərbi arsenalının böyüməsini dayandırmadı, əksinə, biz Hizbullahın dağıdıcı hərbi gücünün artdığını görürük.”
Tira Təl-Əvivdəki yüksək səviyyəli mənbələrdən istifadə edərək vurğulayıb: “Sionistlərin bütün cəhdlərinə baxmayaraq, Hizbullah bu gün çox təhlükəli hərbi gücdür. Bu güc NATO üzvü olan bir çox dövlətlərin gücündən daha böyükdür. “Hizbullah”ın hərbi potensialı hər gün artır, o cümlədən nöqtə vuran raketləri, intiharçı pilotsuz təyyarələr və “yer-hava” raketləri.”

Qeyd edək ki, sionist rejiminin ən mühüm mərkəzi olan İsrail Milli Təhlükəsizlik Araşdırma Mərkəzinin son araşdırmalarında şimal və cənub cəbhələrində Hizbullah və Qəzza zolağında Fələstin müqaviməti ilə eyni vaxtda hər hansı qarşıdurmadan söz açılmayıb.
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP