Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2021

"Rusiya ümidvardır ki, “3+3” formatlı görüşün keçirilməsi..." - Rudenko

Rusiya ümidvardır ki, Cənubi Qafqaz üzrə “3+3” formatlı görüşün (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) keçirilməsi “qısamüddətli perspektiv” məsələsidir.

Bu barədə Rusiya XİN başçısının müavini Andrey Rudenko TASS-a bildirib.

Diplomat deyib: “Hələ ki, bu məsələlərin işlənib hazırlanması prosesi gedir, bütün iştirakçıların razılıqlarını almaq lazımdır. Buna nail olunduqda, biz görüşün harada təşkil olunacağını elan edəcəyik. Ümid edirik ki, bu, qısamüddətli perspektiv məsələsidir”.

A.Rudenko əlavə edib ki, görüşün altı dövlətdən birinin paytaxtında keçirilməsi planlaşdırılır. Tbilisi diskussiyalarda iştirak etməyə hazır olmasını bəyan etməyənədək Cənubi Qafqazın üç respublikası və Rusiya, Türkiyə, İranın iştirakı ilə “3+3” formatının tərkibində Gürcüstan üçün yer qorunub saxlanılacaq.

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan liderlərinə məxsusdur. O deyib: “Bu iki ölkənin prezidentləri “3+3” formatında, - Cənubi Qafqazın üç ölkəsi, Rusiya, Türkiyə, İran, - toplaşmaq və son hadisələr kontekstində bütövlükdə regionda vəziyyəti müzakirə etmək ideyasını dilə gətiriblər. Əlbəttə, son hadisələr regionda vəziyyəti dəyişdirib və biz hər hansı yolla yeni reallıqlara uyğunlaşmalıyıq. Bu obyektiv reallıqdır, onu olduğu kimi qəbul etmək lazımdır”.

A.Rudenko izah edib ki, Moskva bu təşəbbüsü dəstəkləyib, çünki onu perspektivli hesab edir. “Region ölkələrini bir masa arxasına toplamaq perspektiv ideyadır. Çünki regional problemləri məhz onlar həll etməlidirlər”, - deyə RF XİN başçısının müavini sonda vurğulayıb.
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.22, 23:58
Hərbçimiz intihar etdi
Go to TOP