Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2021

Türkiyədə rejim əleyhinə aksiyalar keçirilir: Dərhal seçkilər keçirilsin

Ərdoğanın səhv daxili və xarici siyasətləri xalqı bezdirib. Müxalifət başçıları cümə axşamı bir səslə hökuməti erkən seçkilərə çağırıb və cümə günü minlərlə insan hazırkı rejimə etiraz olaraq küçələrə axışıb.

“Reuters”-in verdiyi xəbərə görə, Türkiyənin müxalifət partiyalarının liderləri lirənin dollara nisbətdə yeni rekorda düşməsinə reaksiya olaraq cümə axşamı Türkiyədə təcili seçkilərin keçirilməsini istəyiblər.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıncdaroğlu Tvitter səhifəsində ölkə prezidentinə səslənərək yazıb: “Erdoğanan! Dərhal seçkilər (keçir).”

Türkiyənin digər müxalifət partiyası olan “İYİ Partiyası”nın lideri Meral Akşenər də Türkiyə prezidentinə qəzəblənərək, “Ərdoğan bizim etibar və pulumuzu məhv etdi” deyib.

Türkiyəli siyasətçi əlavə edib: “Əgər bu qəsdən edilirsə, açıq xəyanətdir. Ancaq bacarıqsızlığın nəticəsidirsə, nə etmək lazım olduğu məlumdur: Ölkədə dərhal seçki keçirməklə, bu rüsvaylığın qarşısını almaq lazımdır.”
“Reuters” qeyd edib ki, “dollar 11 lirə” və “dərhal seçki” iki həştəqi Tvitterdə türkiyəli istifadəçilər tərəfindən trend olub.

Cümə günü (dünən) Türkiyənin İzmir şəhərində minlərlə insan qiymət artımı, inflyasiya və milli valyutanın devalvasiyasına etiraz olaraq aksiya keçirib. Aksiya iştirakçıları rejim başçılarını bacarıqsızlıq və səhv siyasətdə ittiham ediblər.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP