Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2021

Ərəblərin Suriya ilə münasibətləri artıq gizli deyil

“SANA”-nın verdiyi xəbərə görə, Suriyanın xarici işlər naziri Feysəl Miqdad jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, birtərəfli icbari addımlar suriyalı köçkünlərin vətənə qayıtmasına mane olur və qərb ölkələri onların öz ölkələrinə qayıtmasını istəmirlər və bu vasitə ilə onlardan Suriya əleyhinə siyasi təzyiqlər məqsədilə sui-istifadə edirlər.
Ərəb ölkələrinin Suriya səmtinə yönəlmələri barədə açıqlama verən nazir deyib: “Bu münasibətlər artıq gizli deyil və biz digər ərəb ölkələrini də bütün ərəblər tərəfindən terrorizm və ekstremizmlə mübarizə aparan Suriya qarşısında üzərlərinə düşən vəzifələrini yerinə yetirməyə çağırırıq.”
Bəzi ölkələrin terrorizm və hərbi əməliyyatlara əl atmaqla Suriyanı zəiflədə bilməməsindən sonra indi hər hansı siyasi irəliləyişə mane olmağa səy etdiklərini vurğulayan F. Miqdad deyib: “Türkiyə və Amerika işğalçılarının birbaşa hücumları, silahlı qruplara və terrorçulara dəstək verməkdə məqsədləri Suriya hökumətinə təzyiq göstərmək, Suriyaya qarşı başladıqları müharibədə Suriyanın əldə etdiyi nailiyyət və qələbələrindən geri çəkmək istəmələridir.”
Xarici işlər naziri vurğulayıb: “Biz suriyalılara başqalarının iradəsinin yüklənməsini qəbul etmirik və ümid edirik ki, dünya ölkələri daxili şəraitin təmin edilməsinə, o cümlədən bəzi ərazilərdə terrorizmə və xarici işğala son qoyulmasına, qaçqınların təhlükəsiz, hörmətlə və könüllü olaraq öz vətənlərinə qayıtmasına nail olmaq üçün bütün vasitələri səfərbər etməyə kömək edəcəklər.”
Suriya Demokratik Qüvvələri (kürd silahlı birləşmələri) ilə danışıqlar barədə açıqlama verən F. Miqdad qeyd edib ki, biz bütün xalqımızla danışıqlar aparırıq və bunun səbəbi Dərada baş verən son hadisələr və Deyr əz-Zordakı çox müsbət irəliləyişlərdir.
2082 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP