Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2021

Sionistlərə İordaniya kralından bəd xəbər - Fələstin ölkəsi

İordaniya kralı II Abdullah bazar ertəsi bildirib ki, o, heç kimin ölkənin milli qərarına müdaxiləsinə icazə verməyəcək.

İordaniya kralı Qüdsdəki İslam və Xristian ziyarətgahlarının himayəsində olması ilə fəxr etməklə yanaşı, bunun İordaniyanın öz prinsiplərinə və tarixinə sadiqliyi ilə bağlı olduğunu vurğulayıb.

İordaniyanın kral sarayından verilən açıqlamada bu ölkənin Fələstin məsələsinə digər tərəflərdən daha çox dəstək verdiyi bildirilib.

Kral vurğulayıb: “İordaniya Fələstin xalqının müstəqil dövlət qura bilməsi üçün yanında olacaq.”

Sonda II Abdullah bildirib ki, İordaniya Fələstin xalqına tam hüquqlarını bərpa etmək üçün dəstək verəcək.
Bununla bağlı İordaniya Xarici İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, İordaniya sionist rejiminin Məscidül-Əqsada və Beytül-Müqəddəsdə, Qüds və Şərqi Qüds sakinlərinə təcavüzünün dayandırılması üçün daha geniş səviyyədə öz təlaş və hərəkətlərini davam etdirəcək.
1613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP