Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2021

Putin Rusiyada bir həftəlik tətil elan etdi

Rusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyasının kəskin artması səbəbindən Rusiyada 30 oktyabrdan 7 noyabra qədər qeyri-iş günləri olması ilə bağlı təklifi dəstəkləyib.

Bu təklifi Baş nazirin müavini Tatyana Qolikova irəli sürüb.

Putin bildirib ki, hazırkı situasiya çox təhlükəlidir, ona görə də region rəhbərlərinin 30 oktyabrı gözləmədən daha tez qeyri-iş günləri elan etməsinə qərar verə biləcəklərini qeyd edib.

Zərurət yaranacağı halda qeyri-iş günlərinin müddəti 7 noyabrdan sonra da artırıla bilər.

Putin qeyri-iş günlərində əmək haqlarının mütləq saxlanılması barədə də göstəriş verib.

Xatırladaq ki, Rusiyada son gündə rekord sayda yoluxma (34.073) və koronavirusdan ölüm (1028) qeydə alınıb.
1718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP