Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2021

Ərəbistan Yəmən müharibəsində vasitəçilik üçün İrandan kömək istədi

İraq xəbər mənbələrinin bildirdiyinə görə, Ərəbistan Yəmən ordusunu Məaribdə dayandırmaq üçün İranın vasitəçilik etməsini istəyib.
Ərəbistan-İran görüşlərinin nəticəsi haqda məlumatlı İraq mənbələri bu haqda deyiblər: “Ərəbistanlı heyət iranlı həmkarlarından istəyiblər ki, Məarib əyalətində Ənsarullahı dayandırmaq üçün vasitəçilik etsin. İranlı heyət də bu istəyin İran XİN-nə çatdıracağını və bu ölkənin diplomatik başçıları ilə danışıqlar aparacağını söz verib.”
Qeyd edək ki, artıq Yəmən ordusu Məarib əyalətini ərəb koalisiyası işğalçılarından geri almaq astanasındadır. Ordu qüvvələri Məaribin ətraf bölgələrini azad edərək Məarib şəhərinin özünü mühasirəyə alıb. Səna hökuməti bildirib ki, Məaribin işğaldan azad edilməsi digər əyalətlərin daha asan azad edilməsinə yol açacaq.
“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu günkü (bazar) açıqlamasında bildirib ki, son günlərdə ordu qüvvələri Məarib və Şəvbədə irəliləyərək Əsilan, Beycan, Eyn, Əbdiyyə, Hərib şəhərlərini azad edib, Cəbvə və Cəbəl-Murad şəhərlərinin bəzi bölgələrini düşməndən geri alıb.
Y. Səri son günlərdə keçirilən Rəbiun-Nəsr əməliyyatında ümumilikdə 3200 kv.km ərazinin düşmən işğalından azad edildiyini vurğulayıb.
1732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP