Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2021

Yəmən qüvvələri Rəhəbəni işğaldan azad etdi - Köçkünlər öz evlərinə qayıtdı

Yəmən ordusu və xalq komitələrinin Məaribin cənubunda Rəhəbə şəhərini ərəb koalisiyasının işğalından azad etdikdən sonra əhali öz evlərinə qayıdıb.

Bu həftə təhlükəsizlik mənbələrindən biri Yəmənin “Səba” xəbər agentliyinə açıqlamasında Rəhəbənin tamamilə işğaldan azad olunduğunu, bu bölgədə tam sabitliyin təmin edildiyini bildirdi. Mənbə əhalinin öz evlərinə qayıda biləcəyini və adi yaşayışlarını təzədən başlaya bilmələrini də vurğuladı.

Bununla bağlı yerli mənbələr də Rəhəbədə gedən döyüşlərə görə öz yurdlarını tərk etmiş əhalinin yenidən qayıtdıqlarını bildiriblər və təkid ediblər ki, Səna qüvvələrinin Rəhəbədə yerləşməsindən sonra əhalinin əksər hissəsi öz evlərinə qayıdıblar, Məaribə gedən əsas yollarda öz mənzillərinə qayıtmaq istəyən ailələrə görə izdiham yaranıb.

Yerli mənbələri əlavə ediblər ki, Səna qüvvələri ötən saatlarda yolların və evlərinə qayıtmaq istəyən ailələrin təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçiriblər.
1921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP