Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2021

HƏMAS Şeyx Cərrah hadisəsi ilə bağlı xəbərdarlıq etdi: Sionist rejimi odla oynayır

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejiminə Qüdsü yəhudiləşdirməyə icazə verməyəcəyini vurğulayıb.
Dünən (şənbə) sionist rejimi hərbçiləri fələstinlilərin Şeyx Cərrah məhəlləsinin sakinləri ilə həmrəylik və onların bu məhəllədən məcburi köçürülməsinə etiraz aksiyasına hücum edib.
HƏMAS-ın Qüds şəhərində mətbuat katibi Muhəmməd Həmhud bildirib ki, Fələstin xalqı öz dəyərlərindən əl götürməyəcək və təslim olmayacaq.
M. Həmduh əlavə edib: “Sionist rejiminin təcavüzünün davam etməsi və Şeyx Cərrah məhəlləsinin sakinlərinə əzab verməsi bu rejimin odla oynamağa israrlı olmasını göstərir. Halbuki, Fələstin xalqı hər bir vəziyyətdə bütün gücü ilə bu rejimin cəhdləri ilə mübarizə edəcək.”
HƏMAS səlahiyyətlisi Şeyx Cərrah məhəlləsinin sakinlərinə minnətdarlığını bildirib və onların sionist rejiminin Qüdsü yəhudiləşdirmək və Fələstin əhalisini çıxarmaq planları qarşısında dirənişini alqışlayıb.
Həmduh HƏMAS-ın sionist rejiminin təcavüzlərinə cavab verməyə hazır olduğunu vurğulayıb. O, həmçinin sionist rejiminə səslənərək onları öncəki məğlubiyyətlərindən dərs almağa çağırıb.
Qeyd edək ki, sionist rejimi hərbçiləri dinc etiraz aksiyası keçirən fələstinlilərə qarşı səs bombalarından istifadə edib və onların üzrərinə kanalzasiya suları buraxıb.
İşçğalçı sionist rejimi qüvvələri fələstinlilərin aksiyasını dağıtdıqdan sonra Şeyx Cərrah məhəlləsini tamamilə mühasirəyə alıblar, məhəllənin əhalisinə qarşı hücum ediblər və fələstinlilərin onlara hər hansı yardımına icazə vermirlər.
2515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP