Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2021

Fransa milli komandasının oyunçusu öz gözəl hərəkəti ilə müsəlmanların rəğbətini qazandı

Fransa milli komandası Almaniya milli komandası ilə qarşılaşıb. Oyundan sonra baş tutan mətbuat konfransında Fransa komandasının futbolçusu Pol Poqba qarşısına qoyulan pivə şüşəsini oradan götürüb uzağa qoymaqla müsəlmanların rəğbətini qazanıb.

Pol Poqba, rəqabətlərin dəstəkçisi olan Heineken şirkətinin spirtli içki məhsulunu özündən uzaqlaşdırmaqla dünya müsəlmanları tərəfindən yüksək alqışlanıb.

Almaniya komandasına 1:0 hesabı ilə qalib olmuş Fransa komandasının seçilmiş oyunçusu adını alan Poqba bir daha sübut edib ki, spirtli içki məhsullarını təsdiq etmir və onun inancına əsasən spirtli içkilər haramdır.
Fransa milli futbol komandasının üzvü və hal-hazırda “Mançester Yunayted”in formasını geyinən Poqba müsahibələrinin birində İslam barədə deyib: “İslam sizin mediada onun barədə eşitdikləriniz deyil. İslam dininin həqiqəti çox gözəldir.”

Məşhur futbolçu İslam dinini qəbul etməsi barədə deyib: “Dostlarım müsəlman idilər. Onlarla çox söhbət edirdim. Bir çox məsələlərə şübhə ilə yanaşırdım. Lakin bir dəfə onlarla birlikdə namaz qıldım və bu vaxt çox qəribə hislər bütün vücudumu bürüdü. O gündən müsəlman oldum.”
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP