Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2021

HƏMAS çərşənbə axşamı üçün çağırış etdi

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (HƏMAS) fələstinliləri Məscidül-Əqsa və onun ətraf küçələrində yürüşə dəvət edib.
“Əl-Əhd” qəzetinin yazdığına görə, HƏMAS-ın Qüds şəhərində sözçüsü Muhəmməd Həmadah bu barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Qüds və onun ətrafında yaşayan müqavimətçi həmvətənlər! Ey işğalçı düşmən qarşısında necə dayanmağı və müqavimət göstərməyi yaxşı bilənlər, düşmənin öz istəklərini qəbul etdirməsinə mane olanlar, təzahürləri və Qüdsün kimliyini dəyişməyə icazə verməyənlər!
Kinli işğalçı düşmən bir daha boynunu qaldırmış, Qüdsü-şərifin küçə və məhəllələrini çirkləndirmək, qəsbkar rejimin bayrağını burada qaldırmaq niyyətindədir. Bu addım onların gücündən deyil, məğlubiyyətlərindən irəli gəlir.”
Bəyanatın davamında Fələstin əhalisinə müraciət edilərək deyilir: “Ey Qüdsün inqilabçı kişiləri və gəncləri! HƏMAS müqavimət hərəkatı sizi ümumi səfərbərlik təşkil etməyə, Məscidül-Əqsa və ona yaxın küçələrdə toplaşmağa, yolunu azmış sionist sürülərindən fürsəti almağa dəvət edir.
Çərşənbə axşamı günü ümumi səfərbərlik, Məscidül-Əqsa səmtinə hərəkət üçün böyük həmrəylik, işğalçı rejimə qarşı qəzəb və mübarizə günü olmalıdır. Allaha və öz xalqınıza nə bacardığınızı göstərin, Qüds və Məscidül-Əqsa üçün ən iti qılınc olun.”
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP