Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2021

İsmayıl Həniyyə: İran maddi və silah dəstəyini bizdən əsirgəmədi

İsmayıl Həniyyə və digər müqavimət qrupları göstərdiyi mənəvi, maddi və silah dəstəyinə görə İrana təşəkkürlərini bildiriblər.

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə bu gün (cümə) qondarma İsrail rejimi üzərində qələbə münasibətilə çıxışında Fələstin xalqının Qüdsü və Məscidül-Əqsanı müdafiəyə qalxdığını və on minlərlə fələstinlinin Məscidül-Əqsaya axışdığını deyib.

HƏMAS lideri İslam ümmətinin mübarizə tarixində yeni mərhələnin başlandığını vurğulayaraq deyib: “Bizim qarşımızda yeni üfüq açılmışdır və ümmətin mübarizə tarixində mərkəzi Fələstin, Qüds və Məscidül-Əqsa olmaqla yeni mərhələ yaranmışdır. Bu mərhələdə nail olduğumuz qələbə xalqın mücahidliyinin hasili və ilahi bir zəfər idi.”

İsmayıl Həniyyə daha sonra deyib: “Xalqın, ümmətin və dünyanın azad insanlarının qəlbinə şadlıq və sevinc gətirdik, onlar Beytül-müqəddəsdə, onun ətrafında və Qəzzədə qəhrəmanlıq və müqavimət gördülər. İndi ümmətin övladları qələbə və Fələstin xalqının ətrafında toplaşıb.”

HƏMAS lideri çıxışının digər hissəsində bir daha vurğulayıb ki, Fələstinin azad olması və köçkünlərin qayıtması üçün ən qısa yol yalnız müqavimət yoludur. Müqavimət əsrin sövdələşməsi, fələstinli köçkünlərin daimi məskunlaşması və digər bu kimi sazişləri nakam qoydu.
Həniyyə deyib: “Lazım bilirik ki, İran İslam Respublikasına təşəkkür edək. İran Qəzzədə müqaviməti maddi, silah və strateji cəhətdən dəstəkləmək üçün heç bir səyini əsirgəmədi. Misir, Qətər və BMT-yə də minnətdarlığımızı bildiririk.”

Habelə, Fələstinin digər müqavimət qrupları da İranın dəstəyini yüksək dəyərləndiriblər. O cümlədən “Səraya əl-Quds” müqavimət hərəkatının sözçüsü Əbu Həmzə deyib: “İran və müqavimət mehvərinin Fələstin xalqına dəstəyini yüksək dəyərləndiririk və onlara deyirik ki, siz bu qələbədə bizimlə şəriksiniz. Biz həmişə “hazır ol” vəziyyətindəyik və gözlərimiz bütün cəbhələrdə düşməni nəzarət altında saxlayır.”
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP