Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2021

Dünya KİV-ləri müqavimət qüvvələrinin Qəzzəyə ezam edildiyini yayıb

Fələstin müqavimət hərəkatının sionist rejiminin cinayətləri ilə mübarizəsi davam edir. Bu arada bir sıra beynəlxalq KİV-lər müqavimət qüvvələrinin Qəzzəyə ezam edilməsindən danışır.
“Rusiya əl-Yəvm” telekanalı bu haqda bildirib: “İraqda şiə qrupları adı ilə tanınan bir sıra müqavimət qüvvələri vardır. Onlar Livan Hizbullahı və Fələstin müqavimət qrupları ilə ortaq koordinasiya otaqlarında fəaliyyət göstərirlər.”
Telekanal vurğulayıb: “Ehtimal edilir ki, yaxın gələcəkdə məsləhətçi qüvvələr ünvanı ilə xüsusi hərbi yardımların Qəzzəyə ezam ediləcəyini görəcəyik.
İndiyədək, iraqlı qüvvələrin Qəzzəyə ezam edilməsi sübuta yetməyib, lakin bu müqavimət qruplarının çoxu öz qüvvələrini Qəzzəyə göndərməyə hazır olduqlarını bildirib.”
Ötən bir neçə gün ərzində Nücəbə və digər müqavimət qrupları Qəzzəyə qüvvə göndərməyə hazır olduqları barədə bəyanatla çıxış ediblər.
Bu gün İraq prezidenti Barham Saleh də Fələstinin bu ölkədəki səfirini qəbul edərkən, Fələstin xalqı əleyhinə qeyri-insani hücumların dayandırılmasının vacibliyini vurğulayıb, İraqın həmişə qardaş Fələstin xalqının yanında olduğunu, Fələstin xalqınn əzab-əziyyətinə son qoyulması üçün ərəb, İslam və beynəlxalq səviyyədə təsirli addımlar atılmasına təkid edib.
1291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP