Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2021

Zərif: Avropa ölkələrinin sionist rejiminin cinayətlərini dəstəkləməsi qəbuledilməzdir

İtaliyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün (bazar) Avropa ölkələrindən bəzilərinin sionist rejiminin Qəzzə əleyhinə törətdiyi cinayətlərə haqq qazandırmalarını sərt tənqid edərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının iclasında söylədiyim kimi yenə də deyirəm ki, Avropa ölkələrinin bu hərəkəti qətiyyən qəbuledilməzdir.”
Zərif əlavə edib: “Günahın bir hissəsi də İslam dünyasında bizlərin öhdəsinədir. Bəzi müsəlman ölkələrinin sionist rejimi ilə münasibətləri normallaşdırması üzündən İslam ölkələri arasında yaranan daxili ixtilaflar sionist rejiminə imkan yaratdı ki, öz cinayətlərini bu formada nümayiş etdirsin.”
İranın xarici işlər naziri İƏT-in bu gün Fələstinlə bağlı keçirilən fövqəladə iclasındakı çıxışında deyib: “Bugün fələstinli uşaqların qətliam edilməsi “normallaşdırma” iddiasından sonra baş tutur. Bu cinayətkar və qatil rejim sübut etmişdir ki, bu rejim qarşısında dostcasına hərəkətlər yalnız onun vəhşiləşməsinə səbəb olur. İsrailin hədəfi müsəlmanlar arasında təfriqə salmaq, Fələstin xalqını təcrid etmək, tək qoymaqdır. Səhv etməyin: İsrail yalnız müqavimət gücünü başa düşür və Fələstin xalqı yalnız öz haqqını müdafiə edir və bu millətçi rejimin quldurluqlarının qarşısında dayanıb. Sionist rejiminin bu vəhşi hərəkətləri sübut etmişdir ki, sülh səmtinə getməyin tək dinc yolu Fələstinin bütün sakinləri, o cümlədən köçkünləri arasında referendum keçirilməsidir.”
Doktor Zərif çıxışının digər hissəsində deyib: “Fələstin təkcə ərəb, ya İslam məsələsi deyil, beynəlxalq bir problemdir. On illər boyu Fələstinin günahsız xalqına qarşı edilən cinayətlər hər bir insanın vicdanına ağırlıq edir. Ona görə də dünya ictimaiyyəti ən sərt şəkildə İsrail rejiminə etiraz etməlidir, onu Qəzzəni dağıtmasına və mühasirədə saxlamasına son qoymağa məcbur etməlidir.”
Qeyd edək ki, İranın xarici işlər naziri Avropa ölkələrinə səfəri çərçivəsidə mayın 15- üçün planlaşdırdığı Avstriya səfərini ləğv edib. Səfərin ləğvinin səbəbi kimi Avstriyanın sionist rejimi ilə həmrəylik əlaməti olaraq bu ölkənin Xarici İşlər Nazirliyi binasında qondarma İsrail rejiminin bayrağını qaldırması göstərilib.
Məlumatı Avstriya XİN-i də təsdiqləyib.
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP