Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2021

Ərəbistan sionist rejimini vursa, biz öz haqqımızdan keçirik

Yəmən Ali Siyasi Şurasının üzvü Ərəbistana səslənərək Yəmənin əvəzinə sionist rejimini bombalamasını istəyib.

“Əl-Məyadin” televiziya kanalının verdiyi xəbərə görə, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi Ərəbistana çağırış edərək Yəmənin əvəzinə sionist rejimini bombalamasını istəyib.

Məhəmməd Əli öz Tvitter səhifəsində yazıb: “Səudiyyə Ərəbistanı Yəmənə qarşı hava hücumlarını və təcavüzünü dayandırsın, bu işi Fələstini bombalayan sionist rejimi əleyhinə həyata keçirsin.
Səudiyyə Ərəbistanı və onun koalisiyasından istəyirəm ki, fələstinli qurbanların ailələrinin və Fələstin mövzusunun qələbəsi naminə qəsbkar rejimə qarşı bir neçə hücum həyata keçirsin.”

Ali Şuranın üzvü əlavə edib: “Riyadın bu addımının qarşısında biz də onların bizə hücumuna cavab vermək haqqımızdan keçəcəyik, hətta, Ərəbistan bizə qarşı hücum və mühasirəni davam etdirsə də.”

Artıq altıncı gündür ki, sionist rejimi Qəzzəyə qarşı hücumları davam etdirir, hətta köçkün düşərgələrini bombalamaqdan belə çəkinmir. Qəzzədə şəhidlərin sayı 139 nəfərə çatıb. Onlardan 39 nəfəri uşaq və 22 nəfəri qadındır.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP