Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2021

Əl-Qəssam 250 km vuran raketləri üzə çıxartdı - Ramon aeroportu vuruldu

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bu gün (cümə axşamı) “Ayyaş” orta mənzilli raketlə sionist rejiminin Ramon aeroportunu vurduqlarını bildirib.
“Şahab” xəbər agentliyinin verdiyi xəbərə görə, Əbu Ubeydə deyib: “İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd Deyfin əmri ilə indicə 250 km mənzilli və yüksək dağıdıcılıq gücünə malik “Ayyaş-250” raketi Qəzzədən 220 km cənubda yerləşən Ramon aeroportuna atıldı.”
Əbu Ubeydə bu raketin atılmasının Beytül-müqəddəsə dəstək, müqavimət komandirləri və mühəndislərinin qanının intiqamı istiqamətində olduğunu vurğulayaraq deyib: “Ayyaş raketlərini üzə çıxartdıq və düşmənə deyirik ki, Fələstinin cənubundan şimalına qədər bizim raketlərimizin hədəfindədir. Bu silah Fələstinin səmasında bütün təyin etdiyimiz hədəfə tərəf uça bilər.”
Əl-Qəssam sözçüsü dünyanın bütün hava yolları şirkətlərinə çağırış edərək öz uçuşlarını işğal edilmiş Fələstin ərazilərindəki aeroportlara dayandırmalarını istəyib.
Sionist rejiminin “Maariv” qəzeti Ramun aeroportunun yerləşdiyi Eylot qəsəbəsinin yaxınlığına raket düşdüyünü yazıb.
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP