Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2021

Ərdoğanın xanımı da sionist rejiminin fələstinlilərə qarşı son cinayətlərini pislədi

İşğalçı sionist rejiminin Məscidül-Əqsada ibadətə toplaşan fələstinlilərə qarşı vəhşi hücumunun dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar, hətta bu vəhşi rejimlə diplomatik münasibətlər quran ölkələr, o cümlədən Türkiyə tərəfindən pislənməsi davam edir.
“Anadolu” xəbər agentliyinin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın sionist rejiminin son cinayətlərini pisləməsinin və bu rejimi fələstinlilərə qarşı təcavüzdən çəkinməyə çağırmasının ardınca, onun xanımı Aminə Ərdoğan da işğalçı rejimin Məscidül-Əqsada fələstinli namazqılanlara qarşı cinayətlərinə reaksiya verib və bu təcavüzləri bərk pisləyib.
Aminə Ərdoğan bu gün öz Tvitter səhifəsində yazıb: “İsrailin ilk qibləmiz Məscidül-Əqsaya təcavüzünü bərk pisləyirəm. Müsəlmanların ibadətgahına qarşı hər hansı hörmətsizlik qəbuledilməzdir.”
A. Ərdoğan əlavə edib: “Həmişə fələstinli qardaşlarımızın yanındayıq və yaralılar üçün təcili şəfa diləyirəm.”
Qeyd edək ki, sionist rejiminin Qüdsü yəhudiləşdirmək planı istiqamətində Şeyx Cərrah məhəlləsinin sakinləri olan fələstinliləri öz evlərindən çıxarmaq istəməsinin ardınca başlamış toqquşmalar, bu məhəllədən əlavə, Məscidül-Əqsada da davam edir və indiyədək 305 nəfərdən çox fələstinli yaralanmışdır və çoxlu sayda həbs olunanlar vardır.
630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP