Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2021

Sionist rejimi vəhşətdə: Gündəlik 2000-4000 raket...

Sionist rejiminin generalı: Gələcək müharibədə bizim daxili cəbhələrimizə 2000-dən 4000-dək raket atılacaq və ordumuzun müdafiə qurğularını məhv edəcək.

“Rəy əl-Yəvm” qəzetinin yazdığına görə, sionist rejiminin generalı İshaq Brik bildirib ki, bu rejimin raket sistemi gələcək müharibədə bizə qarşı atılacaq minlərlə raketə cavab verməyə qadir deyil.
İ. Brik sionist rejiminin Suriyadan atılan və işğal edilmiş Fələstin ərazilərinin dərinliyinə qədər gəlmiş raketi izləyə bilməməsinə toxunaraq deyib: “Bizim ordumuz Suriyadan atılmış raketi izləmək üçün uyğun raket buraxmayıb, ordumuz şoka düşüb və bu raketlə qarşılaşmağa hazır deyildi. Halbuki, “İsrail” hava hücumundan müdafiə daha diqqətli olmalı idi.”

Sionist rejiminin generalı etiraf edib: “Gələcək müharibədə bizim daxili cəbhələrimizə 2000-dən 4000-dək raket atılacaq. Ardıcıl həftələrdə minlərlə raket bizə tərəf atılacaq və ordunun izləmə sistemini iflic edəcək. Ordunun müdafiə sistemi bir neçə raketi izləyə bilsə də bu, hər gün “İsrailə” atılan minlərlə raket okeanı qarşısında bir damla kimidir və bizim infrastrukturlarımız ağır ziyan görəcək, xüsusilə də yer-yer raketləri ilə qarşılaşacayıq ki, onlardan çoxu dəqiqdir və yaxın məsafədən atılır. Bu da o deməkdir ki, biz bu müharibəyə hazır deyilik.”

İ. Brik Suriya raketinin Dimona nüvə stansiyası yaxınlığına düşməsinə də toxunaraq deyib: “Gələcək müharibə şölələnərsə, bizim üçün faciəli olacaq.”
Bundan əvvəl də sionist rejiminin digər bir generalı Yossi Langotsky etiraf etmişdi: “Raket təhdidi İsrail üçün real və faciəli bir təhdiddir. Bununla qarşılaşmaq üçün çarə yolu tapmaq lazımdır. Çünki öncəki çətin durum sübut etdi ki, dəmir günbəz sistemi yetərincə işə yaramır. Dəmir günbəz yalnız qısa müddətdə məhdud qabiliyyətə malikdir.”

Sionist rejiminin generalı açıqlamasının davamında deyib: “2008-2009 və 2014-cü illərdə Qəzzə müharibəsində fələstinli raketlərlə mübarizədə məğlubiyyətin şahidi olduq. Biz ağır bədəl ödədik və gələcəkdə də ağır bədəl ödəyəcəyik.”

Y. Langotsky bildirib ki, dəmir günbəz raketləri izləməyə, müxtəlif cəbhələrdən atılacaq on minlərlə raket qarşısında bu rejimi qorumağa qadir deyil və Qəzzədən atılmış elə də inkişaf etməmiş raketləri izləyə bilməməsi buna sübutdur.
832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP