Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2021

İranlı ekspert: Erməni soyqırımı uydurmadır

İranın “Xəbər” televiziya kanalının “Dünya bugün” təhlil verlişinin qonağı Türkiyə məsələləri üzrə ekspert Elyas Vahidi erməni soyqırımının həqiqət olmadığını bildirib.

Amerika prezidenti Co Baydenin dövlət başına təzə gəldiyi bir vaxtda Türkiyənin qəzəblənəcəyini bildiyi halda münaqişəli erməni soyqırımı mövzusunu tanımasının səbəbinə toxunan ekspert deyib: “Co Bayden bir tərəfdən seçki təbliğatında erməni diasporasına verdiyə vədə əsasən erməni soyqırımını tanıdı. Digər tərəfdən o, region ilə bağlı seçki şüarlarından biri olaraq demişdi ki, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Türkiyə xalqına kömək edəcək. Bu iki mövzunu bir-birinin yanına qoyduqda, onun Co Baydenin seçki təbliğatı istiqamətində baş tutduğunu görürük. Lakin bu istiqamətdə az diqqət yetirilən mövzulardan biri də Qarabağ müharibəsidir. Qarabağ müharibəsindən 6 aydan çox ötmür. Azərbaycan Respublikasının qələbəsi ilə bitən ikinci Qarabağ müharibəsində Azərbaycan Türkiyənin köməyi ilə işğal edilmiş ərazilərini ermənilərdən geri ala bildi. Sonda Azərbaycan-Ermənistan-Rusiya tərəfindən sülh razılaşması imzalandı və Türkiyə də razılaşmanı dəstəklədi. Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunun digər iki həmdəsdri olan Amerika və Fransa bu sülh razılaşmasından bir növ uzaqda saxlanıldı. Amerika rol oynaya bilmədiyi və uzaq saxlanıldığı mövzunu özünün məğlubiyyəti hesab edir. Bunun əvəzini çıxmaq məqsədilə Co Baydenin “Demokrat” hökuməti bir tərəfdən ermənilərlə azərilər və türklər arasında ixtilafı isti saxlamağa səy edir, digər tərəfdən də bu məsələdən siyasi təzyiq kimi istifadə etməyə çalışır. Bu siyasi təzyiq həm regional mövzularda Amerika üçün sərfəlidir, həm də də daxildə; gələn seçkilərdə Demokrat Partiyasının xeyrinədir. Belə ki, erməni diasporasının və onların aid olduğu dini cəmiyyətin səsini toplaya biləcək.”

Aparıcının: “Amerikanın Osmanlı dövründə, yəni təqribən 106 il bundan əvvəl bir milyon beş yüz min erməninin soyqırıma məruz qalması iddiasını tanımasının Türkiyə üçün hansı hüququ və siyasi nəticələri ola bilər?” sualını cavablandıran ekspert deyib: “Hər şeydən əvvəl tarix baxımından bu iddia həmin dövrdə birinci dünya müharibəsinə qatılmış ölkələrin arxivlərində mövcud olan sənədlərə əsasən, tarixi reallığı əks etdirmir və məhz iddiadır. Yəni Osmanlı dövlətinin soyqırım məqsədilə bir milyon beş yüz min erməninin öldürməsi iddiadan başqa bir şey deyil. Tarixi baxımdan mövcud olan budur ki, Osmanlı İmperatorluğunun şərqində ermənilər məskunlaşmış bölgədə yaranmış təhlükə və eyni zamanda rusların həmin bölgəyə hücumuna görə Osmanlı dövləti erməniləri imperatorluğun cənubuna, yəni indiki Suriya və Livana köçürmək qərarına gəlir. Tarixi sənədlərə əsasən, köç zamanı mühacirət planında iştirak edən 700-800 min ermənidən 90 faizi sağ-salamat məqsədə çatdılar, Suriya və Livanda məskunlaşdılar. Qalan 50-60 min nəfər barədə isə əldə məlumat yoxdur, lakin bu, onların öldürülməsi mənasına deyil. Deməli, tarixi sənədlər ermənilərin öldürülməsini inkar edir. Lakin qərb dünyası Holokost mövzusu kimi bu zəminədə tarixi bəhs açmaq istəmir və bundan tamamilə siyasi məqsədlər üçün istifadə edir.

Hüquqi baxımdan da hal-hazırda Osmanlı İmperatorluğu mövcud deyil və Türkiyə dövləti də Osmanlı İmperatorluğunun öhdəliyini yerinə yetirməyə borclu deyil. Bundan əlavə, Osmanlı İmperatorluğunun arxiv sənədləri sübut edir ki, bu mövzuda (ermənilərin köçürülməsi) səhlənkarlıq edən, yaxud öz vəzifəsini düzgün yerinə yetirməyən 1600 nəfərdən çox adam mühakimə olunub. Yəni hətta Osmanlı İmperatorluğunun da hüquqi baxımdan bir vəzifəsi yoxdur.

Amerika ötən illər ərzində daim bu mövzudan Türkiyəyə qarşı təzyiq və müzakirə vasitəsi kimi istifadə etmişdir. Lakin hal-hazırda soyqırım iddiasını tanıdığı üçün artıq bu təzyiq vasitəsini itirmişdir.”
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP