Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2021

Rusiya ABŞ-ı dost olmayan ölkələr siyahısına saldı

Rusiya dost olmayan ölkələrin siyahısının hazırlanması üzrə işə başlayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, həmin ölkələrin diplomatik nümayəndəliklərində Rusiya vətəndaşlarının işə götürülməsi qadağan ediləcək:

“Bildiyiniz kimi, bir gün əvvəl Prezident Vladimir Putinin bir fərmanı dərc olundu. Bu sənəddə onsuz da mövcud olan federal qanunların tətbiqi üçün bir sıra tədbirlər nəzərdə tutulur. İndi dost olmadığı elan edilən dövlətlər, diplomatik və konsulluq nümayəndəlikləri Rusiya Federasiyası vətəndaşları arasından işçilər cəlb edə bilməz.

Müvafiq fərmanın icrasını təmin etmək üçün indi hökumət adından fərmanın çıxarılmasını gözləyirik. Bəs bu dost olmayan dövlətlər kimlərdir? İndi siyahı hazırlanır. Anladığımız kimi, bütün hər şey ABŞ-ın dost olmayan hərəkətləri ilə başladı. Təbii ki, siyahıda artıq ABŞ da var”.
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP