Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2021

İranlı generaldan sionist rejimdə baş verən partlayışlara münasibət: Sionist rejimi öz şər əməllərinin cəzasını görür

General Nəqdi: Sionistlər ötən gün baş verən partlayışları gizlətməyə səy etdilər, lakin partlayışlar elə güclü idi ki, baş vermiş o partlayış göbələyini hamı gördü.
“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Keşikçiləri Korpusunun əlaqələndirici komandirinin müavini general Məhəmmədrza Nəqdi televiziyaya verdiyi müsahibəsində deyib: “Sionistlər bu hadisəni gizlətməyə və əksül-əməl göstərməməyə səy etdilər, lakin partlayışların şiddəti elə bir həddə idi ki, baş tutmuş partlayış göbələyini hamı gördü, yüz minlərlə insan bu hadisənin şahidi oldu və yaranmış dəhşətli səsi gizlədə bilmədilər.”
General Nəqdi açıqlamasının davamında deyib: “İşğal edilmiş Fələstin ərazilərinin cənub bölgəsində digər hadisə baş verdi və bunu gizlətmək mümkün deyildi. Sözsüz ki, hər kəs şər əməllər törədirsə, bundan başqa bir şey gözləməməlidir və bu şər əməllər onun özünə qayıdır, öz daxilində problem yaradır.”
Sepah generalı daha sonra deyib: “Bu hadisələr sionist rejiminin bugünkü mürəkkəb vəziyyəti qarşısında kiçik hadisələrdir. Sionist rejimi hal-hazırda həm sosial problemlərlə üzləşib və bu rejimin idarəçiliyi naməlum durumdadır, həm də gələcəkləri üzərində apardıqları təhqiqat və proqnozlara əsasən, özlərinin gələcəklərinin olmadığını görürlər.
Sionist rejimin başçıları elmi akademiyalarının köməyi ilə bu nəticəyə gəliblər ki, rejim zəifləmişdir və onun sonu çatmışdır. Ona görə də Pataqoniyanı (Cənubi Amerikada) özləri üçün seçiblər. Bu rejimin başçılarının çoxu artıq orada özlərinə villalar tikirlər və öz gələcəklərini orada görürlər. ”
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP