Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2021

Rusiya bolqarıstanlı diplomatlara 72 saat vaxt verdi

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirə nazirliyin notası təqdim edilib. Qərara əsasən, Bolqarıstanın Rusiyadakı səfirliyinin Konsulluq Xidmətinin birinci katibi Nikolay Panayotov və bu qurumun digər əməkdaşı Çavdar Xristozov “arzuolunmaz şəxs” elan olunub.

Diplomatlara Rusiyadan çıxmaları üçün 72 saat vaxt verilib.

Bunun Bolqarıstan tərəfinin bu ilin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etməsinə cavab olduğu bildirilib.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP