Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2021

İbrahimi: Höccətül-islam İlham Əliyev İslam aləminin bir parçasıdır

Mühəqqiq Ərdəbili Universitetinin dosenti: Höccətül-islam Hacı İlham Əliyev təkcə Azərbaycanın mübarizi deyil, İslam aləminin bir parçasıdır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə azərbaycanlı alim və mütəfəkkir höccətül-islam Hacı İlham Əliyevin həbsi və ona qarşı ağır cəza istənilməsinin aspektlərinin araşdırılması mövzusunda konfrans keçirilib. Ərdəbil Əyaləti İslam Təbliğatı Baş İdarəsinin toplantı salonunda keçirilən konfransda çıxış edən Mühəqqiq Ərdəbili Universitetinin dosenti İbrahimi deyib: “Azərbaycan Respublikasında baş verən son hadisələrə baxdıqda görürük ki, bu ölkədə qarşıdurma siyasi və coğrafi deyil, düşüncəyə əsaslanan bir qarşıdurma və təzaddır. Cənab höccətül-islam Hacı İlham Əliyev təkcə Azərbayacan Respublikasının mübariz və dəyəri deyil, o, bütün İslam aləminin bir parçasıdır və Azərbaycanda daxili siyasi təfəkkürün qəzəbinə düçar olmuşdur.”

İbrahimi vurğulayıb ki, əgər bu hərəkətin səbəbinə diqqət yetirsək, Hacı İlham Əliyevin şəhid sərdar Süleymanini dəstəklədiyi və onun şəhadətinin uca tutulması məqsədilə mərasim keçirdiyinə görə həbs edildiyini görərik.

O əlavə edib: “Şəhid sərdar Süleymani və onun şəhadətinin hansı xüsusiyyətləri var idi ki, Azərbaycan Respublikasına hakim cərəyan ona dözə bilmədi? Dünyada Amerika və sionist rejimindən başqa heç bir ölkə sərdar Süleymaninin tərəkkürünə qarşı çıxmır. Bunu da qeyd edək ki, Hacı Qasim Süleymaninin təfəkkürü Amerika ölkəsi və xalqı, yaxud yəhudilərə qarşı deyil, onun təfəkkürü Amerikada AİPAC-ın mühafizəkar liberal demokratiya sistemi təfəkkürü ilə, hansı ki, onlar üçün dünyada liberal demokratiyadan başqa heç bir ideologiyaya yer yoxdur– təzad təşkil edir. Ona görə də sərdar Süleymani bu məfkurənin qarşısında dayandı, özünə inam və hər coğrafiyanın öz mədəniyyətinə söykənməsi təfəkkürünü təqdim etdi. Bu isə onlar (Amerika və sionist rejimi) üçün dözülməz idi.”

İbrahimi bildirib ki, qeyd olunanlara diqqət etməklə, Azərbaycan Respublikasında kiminsə mədəni və davranış xüsusiyyətləri liberal demokratiya sistemi ilə təzadlı olarsa, onu əsassız ittihamlarla həbs edir, zindana salırlar. Bu mövzu Azərbaycanda hökumət və xalq arasında uçurum yarandığını göstərir. Baxmayaraq ki, Azərbaycan hökuməti rantier ədəbiyyatına söykənməklə neft gəlirlərindən əldə olunan mənbələrdən istifadə etməklə bu uçurumu doldurmağa səy edə bilər.

Universitetin elmi heyətinin üzvü daha sonra deyib: “Biz gördük ki, Ali Məqamlı Rəhbər “Qarabağ azad edilməlidir” dedikdə, bu təfəkkürün (liberal demokratiya) məcmusuna lərzə düşdü və onlar Suriyada Ali Məqamlı Rəhbərin tədbiri ilə qazanılan qələbələrin Azərbaycanda da təkrarlanmasından qorxdular. Ona görə də bu işi qabaqlamaq üçün MİT, Mossad, CİA-nın kəşfiyyat ünsürləri bu fikri və mədəni meydanı İranın əlindən çıxarmağa səy etdilər.

Üzdə siyasi qələbə əldə olundu və Azərbaycan hökuməti onu xalqın qələbəsi yox, öz qələbəsi adlandırır.
Ortaya çıxan sual budur ki, əgər qələbələri hətta digər ölkələrin dəstəyi ilə əldə etmək istəyirdisə, onda xalqın iştirakı olmadan bu qələbə necə gerçəkləşə bilərdi? Əsas məsələ budur ki, Azərbaycan hökumət mədəni və fikri mövzu və tənqidləri təhlükəsizlik alətləri vasitəsilə boğmaq istəyir, lakin bu yanaşma heç bir nəticə verməyəcək.

Digər bir məsələ budur ki, qərb rejimi, xüsusilə də Amerika və sionist rejimi Azərbaycan dövləti ilə strateji əməkdaşlıq yaratmaq iddiası ilə bu ölkə hakimiyyətini bu kimi işlərə məcbur edirlər. Azərbaycan hökuməti bəlkə də özbaşına belə hərəkətlər edə bilməz, dünya səviyyəsində tanınmış bir şəxs əleyhinə ciddi addımlar ata bilməz. Bu üzdən görürük ki, şəhid sərdar Süleymaninin fərdi şəxsiyyəti deyil, onun təfəkkürü Amerika və sionist rejimini fövqəladə şəkildə vəhşətə salıb və onlar fərdlə deyil, bu təfəkkürün ardıcılları ilə mübarizəyə qalxıblar. Azərbaycan hökuməti bu hərəkəti ilə həm xarici dəstək strategiyalarını təzmin etmək, həm də yaranmış vəziyyətdən istifadə edərək digər siyasi təfəkkür və cərəyanların gözünü qorxutmaq istəyir.
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP