Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2021

Sionist general: Yəmən İsrail üçün birbaşa təhdid sayılır

Sionist rejimi ordusunun hava qüvvələrinin komandiri Amikam Noorkin yeni kəşfiyyat PUA-sının təqdimi mərasimində deyib ki, Yəmən bu PUA-nın hədəfləri sırasındadır, çünki Yəmən “İsrail” üçün birbaşa təhdid sayılır.
A. Noorkin əlavə edib: “Orion kəşfiyyat təyyarəsi ikinci və üçüncü sıradakı fəaliyyət və cəbhələr arası hərəkət üçün üstünlük və qabiliyyət yaradır.”
Sionist general vurğulayıb: “İkinci sıra o ölkələrə deyilir ki, İsraillə həmsərhəd deyil, lakin bu rejim üçün birbaşa təhdid sayılır. İraq və Yəmən kimi. Halbuki, üçüncü sıra ölkələr İran kimi ölkələrə aiddir.”
Sionist rejimi ordusu Təl-Əvivin Yəmən tərəfdən təhdid olunmasının səviyyəsinə diqqət etməklə, bu ölkəni ikinci sırada nəzərdə tutmuşdur. Bu məsələ sübut edir ki, sionistlərin fikrincə, Yəmən təhlükəsi, İran təhlükəsindən daha çoxdur.
1973-cü il oktyabr müharibəsindən bəri Babul-Məndəb boğazı sionist rejimi üçün narahatedici təhlükəsizlik mövzusuna çevrilib. Çünki Misir və Suriyanın sionist rejimlə müharibəsi zamanı Yəmən bu ölkələrlə həmrəylik nümayiş etdirərək Babul-Məndəbi sionist rejimi əleyhinə bağladı.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP