Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2021

Bölgədə yeni qiyam: Türkiyədə 10 admiral saxlanıldı

Türkiyədə 103 zabitin hökumətin siyasəti əleyhinə bəyanat yaymasının ardınca Ankara rəsmiləri ehtiyatda olan 10 admiralın həbs edildiyini xəbər verib.
Prezidentin mətbuat katibi İbrahim Kalin dünən (bazar günü) ordunun keçmiş zabitlərindən 10 nəfərinə dövlət əleyhinə bəyanat yayması ittihamı ilə cinayət işi açıldığını deyib.
Dünən 2016-cı il qiyamından sonra ilk dəfə olaraq Türkiyənin dəniz qüvvələrinin təqaüddə olan 103 zabiti bəyanat yayaraq Ərdoğanın “Montrö” konvensiyasından çıxmasına etiraz edib.
“Əl-Cəzirə”-nin bildirdiyinə görə, Kalin admiralların bəyanatını “çevriliş dövrünün xatırlanması” adlandırıb.
Türkiyə prezidentinin mətbuat məsələləri üzrə köməkçisi bəyanatda əli olanları təhdid edərək deyib: “Təkcə bu bəyanatı imzalayanlar deyil, onları bu işə təşviq edənlər də mühakimə olunacaq.”
Admiralların bəyanatında vurğulanır ki, Türkiyə hökuməti silahlı qüvvələrin və dəniz qüvvələrinin dəyər və mövqeyini zəiflətməyə çalışır.
Etiraz bəyanatını imzalayan admirallar öz adlarını bəyanatın altında qeyd ediblər.
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP