Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2021

Rohinca müsəlmanlarının kədəri bitmir - Düşərgə alova büründü - Foto

Banqladeşin cənubunda yerləşən rohinca köçkünlərinə aid düşərgədə yanğın baş verməsi nəticəsində bir neçə nəfər həlak olub və minlərlə sığınacaq yanıb.

Yerli rəsmilərin və şahidlərin bildirdiyinə görə, bazar ertəsi Banqladeşin cənubunda rohinca müsəlmanlarının düşərgəsində baş vermiş yanğın nəticəsində bir neçə nəfər həlak olub, minlərlə sığınacaq və ev yanıb. Bu yanğın son illərdə rohincalılara aid düşərgələrdə baş vermiş ən ağır yanğın hesab olunur.
Yayılmış görüntülərdən məlum olur ki, Koks-Bazarın Baluxali düşərgəsi şiddətli alova bürünüb, qara tüstü göyə ucalır. Sığınacaqsız qalmış rohincalılar isə qalan əşyalarını oddan qorumağa çalışırlar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Koks-Bazardakı mətbuat katibi deyib: “Yanğın baş verdikdən sonra xilasedici qüvvələr köçkünlərin köməyinə getdilər. Lakin onlar bildirirlər ki, bu yanğında sığınacaqların çoxu yanıb və bir neçə nəfər həlak olub. Yanğının baş verməsinin səbəbi məlum deyil.”
Bunu da qeyd edək ki, bu, rohinca müsəlmanlarının düşərgələrində baş verən ilk yanğın deyil.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 14 yanvar 2021-ci ildə verdiyi hesabata görə, Banqladeşin Myanma ilə sərhəddə yerləşən rohinca qaçqınlarına aid Neyapara düşərgəsində 3500 sığınacaqdan 550-si yanıb.


 


730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP