Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2021

Maduro: Venesuela heç vaxt AB ilə dialoqa getməyəcək

Əgər sanksiyalar siyasəti dəyişməsə, Venesuela heç vaxt Avropa Birliyi ilə dialoqa və ya razılaşmaya getməyəcək.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Biz bunu etmək istəmirdik, çünki biz bütün Avropa ilə yaxşı münasibətlərə sahib olmaq istəyirik. Amma biz kiminsə Venesuelaya hücumunu, Venesuelaya qarşı sanksiyalar qəbulunu qəbul edə bilmərik. Onlar daxili işlərimizə müdaxilə edirlər və onlar nə gözləyirlər? Biz onlara hücum etdiklərinə görə, təşəkkür etməliyik?” – deyə o bildirib.
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP