Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2021

Zərif Baydenin cavabını verdi: Təkrar...

İran nüvə proqramı ilə əlaqədar təkrar olaraq danışıqlar aparmaq niyyətində deyil.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibəsində deyib.

O bildirib ki, İran əldə olunan razılaşmadan heç zaman çıxmayıb: "Müqaviləni birtərəfli qaydada ABŞ-ın keçmiş prezidenti tərk edib. Yeni prezident isə müqaviləyə qayıtmalıdır".

Zərif vurğulayıb ki, İran müqavilədən çıxmayıb, sadəcə olaraq müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb: "ABŞ sanksiyaları aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək".
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP