Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2021

Türküstani terror qrupunun 15 üzvü məhv edilib

Xəbər mənbələri və KİV-lər Suriyanın qərbində Türküstani terror qrupunun 15 üzvünün məhv edildiyini xəbər veriblər.
“Əl-Məyadin” telekanalının Suriyadakı müxbiri cümə günü xəbər verib ki, terror qrupunun üzvlərindən 15 nəfəri bir yerdə istiqamətlənən raket vasitəsilə öldürülüb.
Telekanal bildirib ki, Homa əyalətində onları daşıyan avtomobil hədəfə alınıb.
Əl-Məyadin raketin kim tərəfindən atılmasına işarə etməyib, lakin Suriyada müxalifətə aid mediaların, o cümlədən “Steppe”-nin bildirdiyinə görə, avtomobil Suriya ordu qüvvələri tərəfindən vurulub.
Mərkəzi Londonda yerləşən müxalifətə aid insan haqları təşkilatı da bu hücumu təsdiq edərək ölənlərin ilkin sayının 8 nəfər olduğunu bildirib.
Türküstani terror qrupu Türkiyə tərəfindən dəstəklənir və onun üzvləri Çin və Suriya türklərindən ibarətdir.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP