Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2021

İmran Xan: Pompeonun İrana qarşı ittihamları 2024-cü il seçkilərində sionistlərin dəstəyini cəlb etmək üçündür

Pakistanın Baş naziri İmran Xan ABŞ dövlət katibi Pompeonun İrana qarşı ittihamlarına münasibət bildirərək deyib: “Amerika rəsmilərinin İrana qarşı ittihamları və bu ölkəni Əl-Qaidəyə dəstək verməkdə günahlandırması, “İsrail”in razılığını cəlb etmək məqsədi daşıyır.”

Xanın sözlərinə görə, bu ittihamlar əsassızdır və qətiyyən inandırıcı deyil.
İ. Xan vurğulayıb: “Bu kimi açıqlamalar yalnız “İsrail”in razılığını cəlb etmək məqsədi daşıyır və dünyada heç kim bu sözə inanmır.”

Baş nazir əlavə edib: “Pompeo xəttin sonuna çatıb, Amerikada hazırkı hökumətin vaxtı bitib və Pompeonun da vəzifəsinin sonu çatıb. Lakin bu kimi açıqlamalar və addımlar çox təhlükəlidir.”

İ. Xan qeyd edib ki, sionist rejimi daim İranı zəiflətmək və ona təzyiq göstərmək ardınca olmuşdur. Halbuki, dünyada İran kimi müqavimətçi və öz ayağı üzərində dayana bilən ikinci bir ölkə yoxdur.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP