Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2021

Cəmadius-sani ayının üçü: Həzrət Zəhranın (ə) şəhadət günü

Cəmadius-sani ayının üçündə xanımlar xanımı həzrət Zəhra (ə) vəfat etmişdir. Səhih rəvayətə görə həzrətin şəhadət günü bu gündür. O, bu gün haqqı əlindən alınmış və zülmə məruz qalmış bir halda dünyadan köçdü. Şiələr bu günə vəfadar qalaraq onu müsibət və qəm günü qərar verməlidirlər. Çünki həmin gün o həzrətin yaxınları Rəsuli-əkrəmin (s) vəfatından sonra ikinci müsibəti yaşadılar.

İmam Əlinin (ə) həzrət Zəhraya (ə) əzadarlığı
Əmirəlmöminin Əli (ə) üçün Peyğəmbərin (s) vəfatından sonra heç bir gün, bu gün qədər müsibətli və ağrılı-acılı olmayıb. Həzrət Zəhranı (ə) itirmək Əliyə (ə) çox ağır idi. Ona görə də Əli (ə) xanım Zəhranın (ə) müsibətində növhə oxudu, ağladı və ondan ayrılığa görə şikayət edərək dedi: 

“Canım ah zindanında həbs olub. Kaş, canım da bu nalələrimlə birgə çıxaydı. Səndən sonra yaşamağın heç bir faydası yoxdur. Səndən sonra ömrümün uzun ola bilməsindən qorxduğum üçün ağlayıram.”
Həmçinin bu məzmunda digər bir növhə oxumuşdur:

“Əhməddən sonra Fatiməni itirmək göstərir ki, heç bir dost əbədi qalmır. Onları itirdikdən sonra həyat sənin üçün necə xoş keçə bilər? And olsun canına, bu mümkün olan şey deyil. İnsan dostunun ölməməsini istəyir, ancaq bu qeyri-mümkündür.” (“Biharul-ənvar”, c. 43, səh. 216)

Canıma and olsun ki, İmam Əlinin (ə) bu şeir və nəsrlərini xatırlamaq ağılları mat qoyur. O həzrətin belə bir sözlər deməsi o qədər də sadə məsələ deyildir. Bu sözlər həzrət Zəhranın (ə) Allah yanında məqamının əzəmətini, onun Allah yanında fəzilətini göstərir. Həzrət Əlinin (ə) tufanların belə onu yerindən tərpədə bilmədiyi, heç bir çətinliyin onu sındıra bilmədiyi, ondan sellər axan və zirvəsinə quşları belə uça bilmədiyi bir dağ kimi səbrinə diqqət etməklə, həzrət Zəhradan (ə) ayrılığına görə belə bir vəziyyətə düşməsi və bu sözləri dilinə gətirməsi çox-çox heyrətləndirici bir məsələdir. 

Əgər Fatimənin (ə) fəziləti ən yüksək dərəcədə olmasaydı və bu müsibətə görə ah-nalə etmək yaxşı olmasaydı, İmam Əli (ə) onun müsibətində bu qədər ah-nalə etməzdi.

Ona görə şiələr də həzrət Fatimənin (ə) vəfat gününü özləri üçün hüzn günü qərar verməkdə, həmin günü matəm saxlamaqda, o həzrətin müsibətlərini zikr etməkdə gərək Əlini (ə) özlərinə örnək götürsünlər. Çünki həzrət Zəhra (ə) atasının tək övladı, ən sevimlisi idi. Peyğəmbər (s) onunla elə rəftar edirdi ki, ondan başqa heç kəslə elə rəftar etməmişdir. Şiə və qeyri-şiə mənbələrində Peyğəmbərin (s) həzrət Zəhra (ə) barədə belə buyurduğu gəlmişdir: “Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”

Hər halda şiələr bu gün Peyğəmbərin (s) razılığına səbəb olacaq, Fatimənin (ə) Allahının onu bəyənəcək və şiəlik haqqı yerinə yetiriləcək bir şəkildə həzrət Zəhranı (ə) ziyarət etsinlər və ona salam-salavat göndərsinlər.

Mirzə Cavad Məliki Təbrizi, "Əl-Muraqibat" kitabından
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP