Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2021

İraq Ali Məhkəməsi Trampın həbs edilməsinə dair hökm çıxardı

İraq Ali Məhkəməsi bu gün müqavimət komandirlərinin terror edilməsi cinayətində iştirak etdiyi üçün ABŞ prezidenti Donald Tramp haqqında həbs hökmü çıxarıb.

İraqın “VAA” rəsmi informasiya mərkəzinin yazdığına görə, İraqda Həşd-Şəbi (Könüllü Qüvvələr) Təşkilatının komandirinin köməkçisi şəhid Əbu Məhdi Mühəndis və onun silahdaşlarının terror edilməsinə aid cinayət dosyesinin məsuliyyəti tapşırımış Ər-Rəsafə Təqiqat Məhkəməsinin hakimi bu gün (7 yanvar) səhər saatlarında İraqın Cəza Qanununun 406-cı maddəsinə əsasən, Amerika prezidenti Donald Tramp haqqında həbs qərarı verib.

İran Ali Məhkəmə Şurasının bəyanatına əsasən (bəyanat “Əl-Məlumə” İnformasiya Mərkəzi tərəfindən yayılıb) qeyd olunan dosyenin xüsusi hakimi Əbu Məhdi Mühəndisin ailə üzvlərinin həqiqi şikayətlərinin açıqlamalarının hazırlanması təkmilləşdikdən sonra bu gün Trampın həbs edilməsi haqda hökm çıxarıb.
Bəyanatda vurğulanır: “Bu cinayətdə iştirak edən digər cinayətkarların –istər iraqlı olsun, istər qeyri-iraqlı– tanınması istiqamətində təhqiqat davam edəcək.”

Xatırladaq ki, ötən il 3 yanvarda İran İslam İnqilabı Keşikçiləri Qvardiyası Qüds Qüvvələrinin komandiri Qasim Süleymani və İraq Həşd-Şəbi Təşkilatının komandir köməkçisi Əbu Məhdi Mühəndis Amerika prezidenti Donald Trampın birbaşa göstərişi ilə İraqda Bağdad Hava Limanı yaxınlığında terror ediliblər.
Ötən ilin iyul ayında Tehran Məhkəməsi elan etdi ki, Donald Tramp, habelə Amerika və digər ölkələrdən olan 35 nəfər siyasi və hərbi məsul şəxslər general Qasim Süleymaninin terror edilməsində cinayətkar kimi tanınıb və onların həbsi barədə hökm çıxarılıb. Tehran bu cinayətkar şəxslərin həbs edilməsi üçün beynəlxalq polisə müraciət edib.

Tramp indiyədək bir neçə dəfə bu terror hücumuna əmr verdiyini etiraf edib.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP