Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2021

Çin ABŞ-ı təhdid etdi: Lazımi cavabı verəcəyik

ABŞ və Tayvan arasında hərbi dialoqun qurulmasına qarşıyıq və lazımi cavabı verəcəyik.

Bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Tayvanın Çinin milli suverenliyi və ərazi bütövlüyü məsələsi olduğunu söyləyən XİN sözçüsü gedişata uyğun olaraq lazımi cavab veriləcəyini və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacaqlarını vurğulayıb.

O, ABŞ-ı Tayvanla bütün hərbi və rəsmi münasibətləri dayandırmağa çağırıb.

Qeyd edək ki, ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə yardımçısı Klark Kuper bu gün Tayvanla siyasi və hərbi dialoq çərçivəsində video-görüş keçirəcəyini bəyan edib.
605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.02.21, 10:20
Xəzərin sahili dondu
23.02.21, 09:33
Duada açar əməllər
Go to TOP