Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2020

Almaniyada maşın piyadaların üstünə sürüldü: 2 ölü, 15 yaralı

Almaniyanın Trir şəhərində avtomobili piyadaların üstünə sürən sürücü bunu qəsdən edib.

Bu sözləri şəhərin ober-burqomistri Volfram Laybe bildirib.

Polis orqanlarının məlumatına əsasən, hadisəni 51 yaşlı Almaniya vətəndaşı törədib. O, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib. Hadisənin motivləri məlum deyil. Sürücü avtomobili piyada zonasında bir kilometrə yaxın sürüb və qabağına çıxan insanları necə gəldi vurub.

Qeyd edək ki, Trir şəhərində avtomobilin piyadalar üçün nəzərdə tutulan zonaya girməsi nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Hadisəni törədən şəxs sərxoş olub.

Bu barədə Trir baş prokuroru Peter Frinçen deyib.

Onun sözlərinə görə, sözügedən şəxsdə 1,4 promil alkoqol aşkarlanıb.
178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP