Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2020

Ənsarullah: “Aramco”-ya atılan raket Eylatı vurmaq üçün nəzərdə tutulub

Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü Əbdülvəhab Məhbəşi Yəmən ordusunun Ərəbistanın “Aramco” təsisatına atdığı raketin əslində işğal edilmiş Fələstin ərazilərində yerləşən Eylat qəsəbəsini vurmaq üçün nəzərdə tutulduğunu deyib.

“Əl-Məyadin” televiziya kanalına müsahibə verən Ə. Məhbəşi deyib: “Cəddəni vuran raketin qabiliyyəti artırılacaq, belə ki, Eylat limanını vura bilsin.”
Siyasi Ofisin üzvü əlavə edib ki, bütün region xalqları Yəmən və Fələstin xalqının yanında dayanaraq təcavüzkarlara qarşı mübarizə aparmalıdır.

Qeyd edək ki, 22 noyabrda Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu ölkənin raket briqadasının Quds-2 raketi ilə Ərəbistanın daxilində Aramco neft təsisatını vurduğunu xəbər verdi və Ərəbistan rəsmi şəkildə bu xəbəri təsdiqlədi.

“Əl-Məyadin” telekanalının saytı Şarel Əbu Nadirin qələmi ilə Yəmən müqavimət qüvvələrinin “Aramco”-nu vurduğu Quds-2 qanadlı raketin vurma və məsafə qabiliyyətindən söz açıb.
Təhlildə bu uğurlu əməliyyatın hərbi və strateji aspektləri açıqlanıb.
Şarelin bildirdiyinə görə, Quds-2 raketinin atış məsafəsi 900 km-dir və bu raketlər çox asanlıqla işağl edilmiş Fələstinin şərq sərhədlərini vura bilər.
327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.21, 09:02
Şuşaya qar yağır - Foto
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP