Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2020

Ərəbistan düşərgəsi vəhşətdə - Yəmənli qüvvələr irəliləyir

Məşriq - Ərəbistan Yəmən xalqı əleyhinə 5 illik müharibədə on milyardlar xərcləməsinə baxmayaraq, yəmənli mücahidlərin iradəsi qarşısında əliboş qalıb, üstəlik, Mas bazasının azad edilməsi və Məaribdə həlledici döyüşə əkssayımla böyük şoka düşüb.

Ötən həftələrdə təcavüzkar Ərəbistan koalisiyası Yəmənin Məarib əyalətinin şimal-qərb cəbhəsində yəmənli döyüşçülərdən ağır zərbələr aldı və işğal etdiyi onlarla kv.km ərazini itirərək geri çəkilməyə məcbur oldu.

Yəmənli qüvvələr bu ağır döyüşlərdə mühüm və strateji Mas bazasını üç tərəfdən mühasirəyə aldı və hərbi düşərgəyə daxil oldu. Ərəbistan qüvvələri qırıcıların onlara vediyi geniş dəstək bahasına döyüşləri düşərgənin ətrafına çəkdi. Lakin təcavüzkar koalisiyanın komandirləri yaxşı başa düşürdülər ki, bu mühüm baza hərbi baxımdan artıq azad edilmiş hesab olunur və gec-tez yəmənli qüvvələrin əlinə keçəcək. Ona görə də öz hərbi texnika və təchizatlarını bazadan çıxarmağa başladılar. Yəmən ordusu və xalq komitələrinə qarşı edilən hava hücumları da onların öz texnikasını bazadan çıxarmaq üçün vaxt qazanmaq məqsədi daşıyırdı.

Yəmənli qüvvələri dayandırmaq mümkün olmadı və onlar Mas bazasına şimal-qərb, qərb, cənub və cənub-şərq istiqamətindən geniş əməliyyatlara başladılar. Bazanın ətrafında, Səbari, Qeyran, Vadi əl-Cəfrə, Nəxlan, Məname dağı, Zəlqə, Mədid və digər məntəqələrdə hərəkətə keçdilər. Sonda cümə günü (20 noyabr) axşamüstü bazaya daxil oldular, beləliklə Ərəbistan cinayətkar koalisiyasının Yəməndə ən böyük bazası sayılan Məarib şəhərinə daxil olmaq üçün yol açıldı.

Yəmən ordusunun bu istiqamətdə sonrakı hədəfi Məaribin şimalında Dəşud strateji bölgəsidir. Bu bölgəni işğaldan azad etməklə Tədavin və Səhnul-Cin hərbi bazalarına nəzarət etmək mümkün olur.
Cəbhə mənbələrinin bildirdiyinə görə, Ərəbistan koalisiyası qüvvələri onlara hava dəstəyi, yeni hərbi texnika göndərilməsi və Əl-Qaidə terror qrupunun köməyinə baxmayaraq öz mövqelərini qoruya bilməmişdir və Vadi-Mas və Əl-Naci məntəqələrinə geri çəkiliblər. Yəmən qüvvələri Masda öz mövqelərini möhkəmləndirdiyi surətdə Ərəbistan koalisiyası Məarib əyalətinin şimal-qərb hissəsini tamamilə əldən vermiş olacaq.

Yəmən ordusu və Ənsarullah qüvvələri Mas bazasını azad etməklə yanaşı Səna-Məarib magistral yolunun digər bir hissəsini, habelə Məczərin cənub-şərq kəndlərini, Mədğəlin şimal-qərb kəndlərini və Rəğvanın cənub-qərb kəndlərini işğaldan azad ediblər.
Yəmən qüvvələri son döyüşlərdə 200 kv.km ərazini işğaldan azad edib və təcavüzkar Ərəbistan koalisiyası qüvvələrini geri oturtmaqla döyüşləri Mədğəl və Rəğvan şəhərlərinin mərkəzinə çəkib.


405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.01.21, 09:10
Türkiyə ordusu itki verdi
Go to TOP