Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2020

Kabulda İŞİD-in şiə məntəqəsinə hücumu nəticəsində şəhid olanların sayı 30 nəfərə çatıb

“Sputnik”-in təhlükəsizlik mənbəsinə istinadla verdiyi xəbərə görə, Əfqanıstanda İŞİD terrorçularının “Kosəri-daneş” təlim mərkəzinə hücumu nəticəsində şəhid olanların sayı 30, yaralıların sayı isə 70 nəfərə çatıb.
Əfqanıstan Daxili İşlər Nazirliyi ilk məlumatında həlak olanların sayının 18, yaralıların sayının isə 57 nəfər olduğunu bildirmişdi.
İŞİD terrorçuları bundan əvvəl 2018-ci il martın 18-də bu təhsil ocağına hücum etmişdi. Belə ki, kamikadze bombanı şagirdlərin arasına atmaq istədikdə, bomba öz əlində partlamışdı. Nəticədə özü ölmüşdü və 4 şagird yaralanmışdı.
Həmin ilin avqust ayında da “Məhdi Mövud” təhsil mərkəzi kamikadze hücumuna məruz qalmışdı. Nəticədə 50 nəfər şəhid olmuş və 70 nəfər yaralanmışdı.
Son illərdə Əfqanıstanda şiələrə qarşı hədəfli hücumlar artmıdır və hökumət şiələrə qarşı olunan bu hücumlara etinasız yanaşmaqda ittiham olunur. Bəzi xəbərlər hökumət məqamlarının bu hücumlarda əlinin olduğunu göstərir.
353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
Go to TOP