Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2020

İraqlı millət vəkili: Makron müsəlmanlardan üzr istəsin

“Əl-Məlumə” qəzetinin verdiyi xəbərə görə, İraq Parlamentinin təmsilçisi Rəd Dəhluki hökumətə tövsiyə edib ki, Fransanın səfirini çağırsın və öz etirazını bildirsin.
Dəhluki vurğulayıb: “Fransa bütün müsəlmanlardan rəsmi surətdə üzr istəməlidir. Biz Peyğəmbərə (s) hörmətsizlik edilməsini qəbul edə bilmərik.”
Parlament üzvü bildirib ki, Fransa prezidenti Emanuel Makron İslam Peyğəmbərinə (s) hörmətsizlik edilməsini dəstəkləyir. Bu məsələyə etinasız qalmaq olmaz. Bütün İslam ölkələrinin parlamentləri və qurumları onun əleyhinə iddia qaldırmalıdır.
Dehləki deyib: “Makrona tövsiyə edirik ki, Fransa İslam ölkələri qarşısında təcrid olmazdan və öz qapılarını Parisin üzünə bağlamasından qabaq müsəlmanlardan üzr istəsin.”
Millət vəkili qeyd edib ki, İraq dövləti Parislə bağladığı bütün müqavilələri rəsmi üzrxahlıq baş tutan vaxta qədər dondursun.
323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
Go to TOP