Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2020

Türkiyə Homadakı müşahidə postlarını yığışdırır

Xəbər mənbələri Türkiyənin Suriyanın Homa ətrafındakı müşahidə postlarını yığışdırdığını xəbər veriblər.
“Əl-Məyadin”-in verdiyi xəbərə görə, Türkiyə ordusu Homa əyalətinin şimalında yerləşən Murak şəhərindəki müşahidə postlarını yığışdırmağa başlayıb.
Xəbər mənbələri əlavə ediblər ki, artıq Türkiyə əsgərləri silah anbarlarını boşaldır və logistik avadanlığı geri çəkir.
Türkiyəyə aid hərbi postların boşaldılması Rusiyanın nəzarəti ilə həyata keçir. Silah və hərbi təchizat İdlib əyalətinin cənubuna aparılır və oradan da Türkiyəyə aid terrorçu qrupların işğalında olan ərazilərə daşınacaq.
2019-cu ilin avqust ayında Suriya ordusu Murak şəhərini Cəbhətun-nusrə terrorçularından azad etdi. Bundan sonra şəhərdə olan Türkiyə hərbi qüvvələri Suriya ordusu tərəfindən mühasirəyə alındı və o vaxtdan mühasirədə saxlanılırdı.
Bəzi mənbələrin verdiyi xəbərə görə, Rusiyanın vasitəçiliyi ilə Suriya ordusu Türkiyə təcavüzkarlarının mühasirədən çıxaraq geri çəkilməsinə icazə vermişdir.
360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP