Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2020

Ayətullah Xameneinin müşaviri Ermənistanın tərəfini tutan Fransanı tənqid etdi

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Vilayəti “Keyhan” qəzetinə verdiyi müsahibədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayaraq, Ermənistandan bu torpaqları tərk etməyi tələb edib.

Doktor Vilayəti deyib: “Bu haqda BMT-də 4 qətnamə qəbul edilmişdir və bütün qətnamətlər ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağı, beynəlxalq sərhədlərə qayıtmağı tələb edir. BMT-nin üzvü olan bütün ölkələr bu prinsipə əməl etməlidir. Ona görə də Ermənistandan tələbimiz budur ki, işğal etdiyi əraziləri Azərbaycan Respublikasına qaytarsın. Bu işğal nəticəsində həmin torpaqlardan 1 milyondan çox insan köçkün düşmüşdür, onlar tezliklə öz torpaqlarına qayıtmalıdır. Biz Fələstin torpaqlarının sionist rejimi tərəfindən işğal edilməsinə etiraz etdiyimiz kimi, burada da həmin mövqeni seçirik.”

Ayətullah Xameneinin müşaviri sülhə nail olmaq üçün işğalçılığa son qoyulmasının vacibliyini bildirib: “Azərbaycanın tapdalanmış hüquqları təmin edilməli, işğal edilmiş əraziləri ona qaytarılmalıdır, beləliklə qan tökülməsinə son qoyulmalıdır. İslam Respublikası da iki qonşu ölkə arasında vasitəçilik və sülh üçün əlindən gələni əsirgəməyəcək.”

Doktor Vilayəti Fransa hökumətinin Ermənistanın tərəfini saxlayaraq bölgəyə müdaxiləsinə etiraz edərək deyib: “Fransa dünyanın o tərəfindən müdaxilə edir və bu məsələlər barədə fikir bildirir. Bu məsələlərin Fransaya nə aidiyyatı vardır?”
575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
Go to TOP