Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2020

Jirinovskidən şok: Leninin cəsədini yandıraq!

Əgər kommunistlər Leninin cəsədini amerikalı sənətçi Devid Datuna satmaq istəmirlərsə, o zaman onu krematoriyada yandırıb, kolbada külünü anasının, yaxud atasının məzarı yanında dəfn etmək lazımdır.

Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) deyib.

“Məsələn, amerikalı rəssam Devid Datun Leninin cəsədini almağa və Vaşinqtona aparmağa hazırdır. Mən xoşbəxtlikdən mavzoleyi hissə-hissə ora daşımağa hazıram. O, bunun üçün bizə 1 milyard dollar (əslində sənətçi 1 milyon təklif edib - red.) ödəməyə hazırdır. Böyük puldur. Əgər bu qədər böyük pulu biz alacağıqsa, nəyə lazımdır o cəsəd... O zaman krematoriyada onu yandıraq və külünü kolbada Simbirskidə atasının, yaxud Peterburqda anasının məzarı yanında dəfn edək”, - deyə Jirinovski bildirib.
341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP